Hamını güldürən “Şurik”in qəribə ölümü – Əməliyyat etməyə həkim tapılmayıb

   Hamını güldürən “Şurik”in qəribə ölümü –   Əməliyyat etməyə həkim tapılmayıb
  24 Noyabr 2023    Oxunub:4590
Çoxları Aleksandr Demyanenkonu məşhur sovet filmi olan “Qafqaz əsiri”ndəki Şurik roluna görə xatırlayır. SSRİ-də eynəkli, hər şeylə maraqlanan sarışın oğlan milyonlarla tamaşaçısının sevimli personajı idi.
Aktyorun övladlığa götürdüyü Anjelika Nevolina onun ölümünə həkim biganələyinin səbəb olduğunu deyib.

60 yaşlı Demyanenkoda yaranan ürək problemləri və artıq çəki ilə səhhətində fəsad yaradıb. Xəstəlik aktyoru 1999-cu ildə narahat etməyə başlayıb. Həmin vaxt onun cəmi 62 yaşı var idi. Demyanenko əvvəlcə sadə stenokardiyaya görə klinikaya müraciət edib. Müayinə zamanı məlum olub ki, əməliyyat olmalıdır. Bu əməliyyat ürəklə bağlı bütün məsələləri yoluna qoyacaqdı.

Lakin qəribədir ki, nədənsə xəstəxanada Demyanenkonu əməliyyat edəcək bir cərrah olmayıb. Anjelika Nevolina qəzəblə “Komsomolskaya Pravda”ya deyib: “Avqustda mən Gürcüstana getdim. Heç bir narahatlıq əlaməti yox idi, Saşa əmi əla əhval-ruhiyyədə idi. Əməliyyatdan əvvəl xəstəxanaya yerləşdirilmişdi, ikinəfərlik palatada idi. Ayın 22-də həddindən artıq istidən infarkt keçirib. Paradoksaldır ki, xəstəxanada olarkən heç kimə şuntlama əməliyyatı etdirmək mümkün olmayıb. Çünki bütün kardiocərrahlar məzuniyyətdə olub”, – aktyorun ögey qızı deyib.
(Azpost.info)
AzVision.az


Teqlər:





Xəbər lenti