İnstaqrama girən bacısının boğazını kəsdi - YENİLƏNİB

   İnstaqrama girən bacısının boğazını kəsdi -  YENİLƏNİB
  27 Noyabr 2023    Oxunub:2048
Gəncədə qadın qətlə yetirilib, cinayət işi açılıb.
Bu barədə AzVision.az -a Gəncə Şəhər Prokurorluğundan məlumat verilib. Belə ki, noyabr 27-də saat 01 radələrində Gəncə şəhər sakini 2001-ci il təvəllüdlü Pəri Allahverdi-Zadənin yaşadığı evdə ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Araşdırmalarla 2001-ci il təvəllüdlü Əli Allahverdi-Zadənin aralarında yaranmış mübahisə zamanı Pəri Allahverdi-Zadəyə bıçaqla xəsarət yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, Əli Allahverdi-Zadə iş üzrə şübhəli şəxs qismində tutulub. Hazırda ibtidai istintaq davam edir.

***
Gəncədə qətl hadisəsi baş verib.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan AzVision.az -a bildirilib ki, Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, Pəri Allahverdizadəni kəsici-deşici alətlə qətlə yetirməkdə şübhəli bilinən, onun qardaşı Əli Allahverdizadə saxlanılaraq istintaqa təhvil verilib.

Qeyd edək ki, qardaş bacısını instaqramdan istifadə etdiyi üçün boğazını kəsərək qətlə yetirib.

AzVision.az


Teqlər:





Xəbər lenti