Şagird yerdəyişmələrilə bağlı məsul şəxslər cəzalandırılıb

 Şagird yerdəyişmələrilə bağlı məsul şəxslər cəzalandırılıb
  28 Noyabr 2023    Oxunub:1450
"Şagird yerdəyişmələri ilə bağlı sistem mövcuddur, monitorinq aparılır və buna uyğun addım atılır. Şagird yerdəyişməsinin kütləvi xarakter daşıyan yerlərlə bağlı ciddi addım atılır"
AzVision.az xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov “Effektiv kommunikasiya” mövzusunda keçirilən seminarda söyləyib. O bildirib ki, ötən il bir neçə müəssisə rəhbəri, buna məsul şəxslər cəzalandırılıb.

"Mütəmadi monitorinq aparılır, aylıq əsasla xüsusilə yuxarı siniflərdə bununla bağlı hesabatlar hazırlanır".

Aytən Zəhra
AzVision.az



Teqlər:





Xəbər lenti