Alimlərin mükafatlandırılması nəzərdə tutulur

 Alimlərin mükafatlandırılması nəzərdə tutulur
  28 Noyabr 2023    Oxunub:1447
Elm sahəsində çalışan şəxslərin rəqabətli əmək haqqı alma məsələsi çox aktualdır. Lakin 2024-cü ildə cari ilə nisbətən 3,5 milyon manat məbləğin elmə xərclənməsi nəzərdə tutulur.
AzVision.az xəbər verir ki, Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova deyib. O qeyd edib ki, elm fəaliyyətdə olan, məqalələrini dünya nüfuzlu jurnallarda çap edən alimlər üçün motivasiyalandırıcı tədbirlərin də həyata keçirmək nəzərdə tutulur.

"Bəzi universitetlər fərdi təşəbbüsü ilə yaxşı məqalələri çap edən müəllimlərinə mükafatlar verirlər. Lakin ali təhsil müəssisələri arasında bu sistemli deyil. Bir yaxşı məqaləni çap etmək 1 ildən 2 ilədək vaxt keçir. Uzun prosesdir. Ona görə alimlərin mükafatlandırılması nəzərdə tutulur. Bununla yanaşı, elmin maliyyələşmə mexanizminin hazırlanıb təqdim edilməsi nəzərdə tutulur".

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti