Türkmənistanda SOCAR-ın ofisi açılıb

Türkmənistanda SOCAR-ın ofisi açılıb
  28 Noyabr 2023    Oxunub:1256
Türkmənistanın paytaxtı Aşqabadda Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) nümayəndəliyinin ofisi açılıb.
AzVision.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında yazıb.

“Türkmənistana işgüzar səfərimiz çərçivəsində SOCAR-ın prezidenti Rövşən Nəcəflə birlikdə Aşqabadda SOCAR-ın nümayəndəliyinin ofisinin açılışında iştirak etdik. Bu təşəbbüs şirkətin Türkmənistanda uzunmüddətli fəaliyyətinin möhkəmləndirilməsinə, ölkələrimizin energetika sahəsində ortaq maraqlarının reallaşmasına inamın təzahürüdür”, - deyə M.Cabbarov bildirib.

AzVision.az



Teqlər: Türkmənistan  





Xəbər lenti