Dörd şirkətə qarşı dələduzluq etməkdə təqsirləndirilən şəxsə hökm oxunub

Dörd şirkətə qarşı dələduzluq etməkdə təqsirləndirilən şəxsə hökm oxunub
  28 Noyabr 2023    Oxunub:1106
Bakıda dörd şirkətə qarşı dələduzluq etməkdə təqsirləndirilən Azər Hüseynova hökm oxunub.
AzVision.az xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə elan edilib.

Hökmə əsasən, A.Hüseynov 8 il 2 ay müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, prokuror Rauf Malışov təqsirləndirilən şəxsin 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib .

Qeyd edək ki, Azər Həsən oğlu Hüseynov “Qarabağ İnşaat” MMC, “Supersement” QSC, “Lidersement” QSC və “Caspian Energy Group” MMC, eləcə də digər xırda şirkətlərin külli miqdarda pulunu dələduzluq yolu ilə ələ keçirib.

O, ümumilikdə 300 min manatlıq dələduzluqda ittiham edilib.

Eyni zamanda A.Hüseynov şirkətlərlə yanaşı Babək Alıyev, İqdam Qasımov və Fuad Hüseynova qarşı da dələduzluq edib.

Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda) maddəsi ilə ittiham irəli sürülüb.
AzVision.az



Teqlər:





Xəbər lenti