Saxta içkilər istehsal edən müəssisə aşkarlanıb

Saxta içkilər istehsal edən müəssisə aşkarlanıb
  29 Noyabr 2023    Oxunub:995
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Ağstafa rayonunda etiket məlumatlarında uyğunsuzluq olan və saxtalaşdırılmış içkilər aşkarlayıb.
Bu barədə AzVision.az -a AQTA-dan məlumat verilib. Bildirilib ki, Ağstafa şəhəri, Ü.Hacıbəyov küçəsi 25 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Kərimov Rəhim Həsənəli oğluna məxsus alkoqolsuz içkilərin istehsalı müəssisəsində Agentlik əməkdaşları tərəfindən plandankənar yoxlama keçirilib.

Yoxlama zamanı müəssisədə etiket məlumatlarında uyğunsuzluq olan və saxtalaşdırılmış içkilər aşkarlanıb:

- 109 ədəd saxtalaşdırılmış "Banketnaya" əmtəə nişanlı araq məhsulu;

- 606 ədəd etiket məlumatlarında uyğunsuzluq olan və saxtalaşdırılmış limonad məhsulu;

- 621 ədəd etiket məlumatlarında uyğunsuzluq olan “Pinnochio” əmtəə nişanlı limonad məhsulu.

Məhsullardan nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib, müəssisənin fəaliyyəti məhdudlaşdırılıb və sahibkar inzibati məsuliyyətə cəlb edilib. Araşdırmalar davam etdirilir.

AzVision.az



Teqlər:





Xəbər lenti