60 santimetrlik nəhəng körpə doğulub
Doğuş prosesini həkimlər qeysəriyyə əməliyyatı ilə reallaşdırıblar. Yeni doğulan körpənin çəkisi 5120 qram, boyu isə 60 santimetr olub. Bir qayda olaraq, uşaqlar dünyay gələndən 1,5 ay sonra belə göstəricilərə çatırlar. Mütəxəssislərin fikrincə, belə hallara nadir hallarda rast gəlinir.
"Hazırda ana və körpə həkimlərin nəzarəti altında saxlanılırlar. Onlar özlərini yaxşı hiss edirlər. Tezliklə xəstəxanadan evə buraxılıcaqlar", - məlumatda qeyd edilib.
Tural Tağıyev
AzVision.az
Teqlər: Körpə