Almatıda hosteldə yanğın: 13 nəfər ölüb

   Almatıda hosteldə yanğın:    13 nəfər ölüb
  30 Noyabr 2023    Oxunub:1376
Almatıda hosteldə baş verən yanğında 13 nəfər həlak olub.
Bu barədə şəhər Fövqəladə Hallar Departamenti məlumat verib. Yanğının ümumi sahəsi ilkin olaraq 30 kv.m-dir.

“Hazırda ölənlərin kimliyi müəyyənləşdirilir. Onlar əvvəllər dəm qazından zəhərlənərək ölüblər. Yataqxanada 72 nəfər olub, 59 nəfər özünü təxliyə edib. Yanğın yerinə Almatı Fövqəladə Hallar Departamentinin 46 nəfər və 13 texnikası cəlb olunub”.

AzVision.az


Teqlər:





Xəbər lenti