Departament niyə bu qədər narahatdır? – ŞƏRHLƏR

Departament niyə bu qədər narahatdır? – ŞƏRHLƏR
  14 Fevral 2013    Oxunub:1971
ABŞ Dövlət Dövlət Departamentinin sözçüsü Victoria Nuland Əkrəm Əylislini müdafiəsinə istiqamətlənmiş bəyanatı Azərbaycanda birmənalı qarşılanmayıb. Həm iqtidar, həm müxalifət tərəfdarları həmin bəyanatı qərəzli hesab edərək pisləyib. Bu, xüsusilə də soasil şəbəkələrdə geniş müzakirə mövzusu olub.
AzVision.az ABŞ siyasətini tənqidə tutan gənclərin facebook-da yazdığı şərh və statusları təqdim edir.

Aygün Əliyeva: ABŞ Dövlət Departamenti yazıçı Əkrəm Əylisli təhlükəsizliyinin dövlət tərəfindən qorunmasının vacibliyini bildirib. Çox maraqlıdır 1 milyon qaçqının hüquqlarının müdafiəsi üçün bir dəfə belə dünyaya müraciət etməyən Departament bir erməni əsilli azərbaycanlının taleyindən niyə bu qədər narahatdır? ABŞ 1 milyon qaçqının vəziyyətinə dünyaya çatdırmaq üçün heç bir addım atmır, bizim təşəbbüslərimizə də hər vəchlə mane olmağa çalışır... Reallığı əks etdirməyən bəyanatlar yayır, sonra da düzəliş edib deyir “xəbərim yox idi”. İndi bəs nə əcəb Aqulisin 60 səhifəlik çızmaqarasından nə tez xəbər tutdu?

Elxan Zaman: Nə oldu İlqar Məmmədovun, Tofiq Yaqublunun, həbs olunmuş dindar insanların talelərinə görə narahat deyil, ancaq Əkrəm üçün o saat narahat oldular? Yəqin Əkrəm bu ilin ədəbiyyat üzrə Nobel mükafatını alacaq. Hamının acığına 1 milyon dollar da qonorar. Sonra da ABŞ-da sığınacaq alaraq gedib orda öz yazar "fəaliyyətinə" davam edəcək...

Qalib Quluyev: Elə bunun özü bir daha sübut etmirmi ki, Əkrəm məsələsi antiAzərbaycan kampaniyasının tərkib hissəsidir.

Namiq Murad: İkili standartla hər zaman seçilən ABŞ-dan bundan artıq nə gözləyək.

Bəxtiyar Mustafayev: Cünki dünyada hələ ikili standartlar mövcuddur. Erməniləri yazıq millət kimi görənlər var, içimizdəki düsmənlər çox təəssüf ki, öz işlərini gizli davam etdirirlər.

Bayram Aslanov: Əkrəm Əylisli bütün dünyaya bizim əleyhimizə istədikləri vaxt istifadə edə biləcəkləri qondarma faktlar verib.

Elnur Kamandaroğlu: Yəqin ki, ABŞ-ın maraqları bu məsələdə Əkrəmlə üst-ustə düşür.Ona görə də ABŞ istəyir ki, onun maraqlarına xidmət edən bir "adam"a zərər gəlməsin. Hələ birazdan ABŞ Əylislinin gördüyü "Daş yuxular"ın Nobelə layiq əsər olduğunu desə, təəccüblənmərəm. Amma inşallah o gün də gələcək ki, ABŞ-ın bütün səylərinə baxmayaraq, Əylislinin yaratdığı bu "Daş yuxular" onun kabusu olacaq.




Teqlər:  





Xəbər lenti