"Qarabağda turizm ixtisaslarının açılması bölgənin inkişafına töhvə verəcək"

"Qarabağda turizm ixtisaslarının açılması bölgənin inkişafına töhvə verəcək"
  04 Dekabr 2023    Oxunub:1072
"Qarabağ Universitetində turizm fakültəsinin açılması planları var və bu istiqamətdə iş aparılır".
AzVision.az xəbər verir ki, Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin sədri Ülkər Səttərova “İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin turizm üzrə ixtisaslaşmış təhsil müəssisələrinin birinci görüşü” konfransında çıxışı zamanı deyib. Onun sözlərinə görə, universitetdə tədrisə 2024-cü ilin sentyabrında başlanması planlaşdırılır:

"Hətta Qarabağda həm ali və orta ixtisas təhsili səviyyəsində turizm ixtisasının olması planları var. İnanırıq ki, bu bölgənin də inkişafına töhvə verəcək. Turizm sahəsinə maraq böyükdür və ölkəmizin də bu istiqamətdə böyük potensialı var. Bu sahədə şəbəkələşmə vacibdir. Eyni sahədə çalışan akademik şəxslərin, dövlət nümayəndələrin bir araya gəlməsi də önəmlidir".

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti