Azərbaycanda inflyasiya tempi azalıb – Əli Əsədov

   Azərbaycanda inflyasiya tempi azalıb –    Əli Əsədov
  05 Dekabr 2023    Oxunub:1770
Azərbaycanda makroiqtisadi sabitlik qorunub saxlanıb, inflyasiya tempi azalıb.
AzVision.az xəbər verir ki, bunu Baş nazir ƏIi Əsədov Milli Məclisin bu gün keçirilən iclasında deyib.

Ə.Əsədov qeyd edib ki, Azərbaycanın valyuta ehtiyatları 68.3 milyard ABŞ dolları təşkil edib ki, bu da ÜDM-nin 97 faizinə bərabərdir.

“Hökumətin anti-inflyasiya tədbirləri, məzənnə sabitliyinin tənzimlənməsi nəticəsində inflyasiya tempi azalıb. 2024-cü ildə inflyasiya bir rəqəmli olacağı proqnozlaşdırılır. İnflyasiyanın qarşısının alınması və məqbul səviyyədə saxlanılması istiqamətində tədbirlər davam etdiriləcək”, - deyə o əlavə edib.

AzVision.az


Teqlər:





Xəbər lenti