Əli Əsədov ərzaq təhlükəsizliyindən danışdı

   Əli Əsədov ərzaq təhlükəsizliyindən danışdı
  05 Dekabr 2023    Oxunub:1280
"Azərbaycanda ərzaq təhlükəsizliyinin təmin edilməsi cənab Prezident tərəfindən hökumət qarşısında strateji vəzifə kimi qoyulub".
AzVision.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Baş nazir Əli Əsədov deyib.

Baş nazir bildirib ki, 2024-cü ilin dövlət büdcəsində ərzaq təhlükəsizliyi tədbirləri üçün 500 milyon manatdan çox vəsait nəzərdə tutulur.

"Ölkədə yerli istehsalın özünütəminetmədə rolunun artırılması ilə bağlı tədbirlər həyata keçirilir. Bu baxımdan, ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsi, idxaldan asılılığın azaldılması prioritet istiqamətlərdəndir. Mövcud su ehtiyatlarından səmərəli istifadə olunması, fermerlərin suvarma suyu ilə təchizatı və suvarma sahələrinin genişləndirilməsi tədbirləri üçün 2024-cü ilin dövlət büdcəsindən 500 milyon manat vəsait ayrılacaq. Eyni zamanda, Prezidentin ötən ay Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı imzalanmış Fərmanları su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi və su təsərrüfatının idarə olunmasının təkmilləşdirilməsinə imkan verəcək".

AzVision.az


Teqlər:





Xəbər lenti