Aşan BMW-də bir ailənin 3 üzvü həlak oldu
![Aşan BMW-də bir ailənin 3 üzvü həlak oldu Aşan BMW-də bir ailənin 3 üzvü həlak oldu](https://azvision.az/photos/2023/12/1701790067.jpg)
Qeyd olunub ki, dekabrın 5-də saat 17 radələrində Şamaxı rayonunun Dağ Göylər kəndi ərazisində “BMW” markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində avtomobildə olan sürücü və sərnişinlər , Ağsu rayon sakinləri – 1965-ci il təvəllüdlü Mətiyev Xaləddin Fərhad oğlu, 1970-ci il təvəllüdlü Mətiyev Sadiq Fərhad oğlu və 1994-cü il təvəllüdlü Fərhadzadə Tural Xaləddin oğlu aldıqları müxtəlif dərəcəli bədən xəsarətlərindən vəfat ediblər.
Faktla bağlı Şamaxı Rayon Polis Şöbəsində araşdırma aparılır.
AzVision.az
Teqlər: Qəza