"Bugünkü zəlzələ iyulun 4-də olan zəlzələnin qırılma zonasında baş verib"

   "Bugünkü zəlzələ iyulun 4-də olan zəlzələnin qırılma zonasında baş verib"
  07 Dekabr 2023    Oxunub:1420
"Bu gün baş verən zəlzələ iyulun 4-də olan zəlzələnin qırılma zonasında baş verib. Orada enerji boşalması olsa da, gərginlik davam edib və toplanma çoxalıb. Nəticədə bugünki zəlzələ baş verib".
AzVision.az xəbər verir ki, bunu AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli Xəzər dənizində baş verən zəlzələ ilə bağlı mətbuat konfransında deyib. Onun sözlərinə görə, zəlzələnin dərinlikləri onun gücündə də önəmli rol oynayır.

"İyul ayında baş verən zəlzələdə dərinlik 65 km idi. Dərinlik çox olduğu üçün onun yer üzərindəki dağıntılarındansa, silkələnməsi dairəsi böyük olur. Türkiyədə fevral ayında baş verən zəlzələdə dərinlik 5-7 km aralığında idi, ona görə dağıntı çox idi".

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti