Pakistanda terror: 25 nəfər ölüb

Pakistanda terror:    25 nəfər ölüb
  12 Dekabr 2023    Oxunub:900
Pakistanın Xayber-Paxtunxva vilayətinin şimal-qərbində yerləşən polis məntəqəsinin qarşısında bomba yüklü avtomobil partladılıb.
Bu barədə məlumatı “TRT Haber” yayıb. Hadisə əyalətin Dera İsmayıl Xana bağlı Darazin və Kulaçi qəsəbələrində baş verib. Partlayış nəticəsində 23 hərbçi ölüb, 6 silahlı zərərsizləşib. Darazindəki atışmada isə 17 silahlı zərərsizləşdirilib. Kulaçidəki döyüşlərdə 2 hərbçi həyatını itirib, 4 silahlı məhv edilib.

Hadisənin məsuliyyətini “Tahreek-e-Jihad Pakistan” adlı Pakistanın “Taliban” qruplaşması üzərinə götürüb. Bu qruplaşma 2007-ci ildə yaranıb. Onun hədəfi Pakistanda hakimiyyəti dəyişməkdir. “Tahreek-e-Jihad Pakistan”ın Əfqanıstandakı “Taliban”la sıx əlaqəsi olduğu bildirilib.

AzVision.az


Teqlər:





Xəbər lenti