Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən
AzVision.az -a bildirilib ki, keçirilən monitorinqlər nəticəsində şəhər ərazisində yol hərəkəti qaydalarını və ictimai asayişi nümayişkaranə şəkildə pozan “VAZ 2107” markalı avtomobilin istismarı dayandırılaraq sürücü barəsində protokol tərtib edilib. Araşdırmalar zamanı “Range Rover” markalı avtomobilin sürücünün qanunla qadağa edilmiş səs siqnalından istifadə etməsi də müəyyən olunub. Sürücü barəsində tərtib olunan protokol və səs siqnalı müsadirə edilməsi üçün məhkəməyə göndərilib.
Bundan başqa, keçirilən mütəmadi tədbirlər nəticəsində bir qrup gəncin özlərinə məxsus müxtəlif markalı avtomobillərlə qanunla qadağan edilməsinə baxmayaraq, avtomobilə konstruksiya dəyişikliyi edərək digər hərəkət iştirakçılarına təhlükə yaratdığı məlum olub. Həmin sürücülər saxlanılaraq profilaktiki söhbət aparılıb və barələrində qanunamüvafiq tədbir görülüb. Qanunsuz dəyişikliklər aradan qaldırıldıqdan sonra nəqliyyat vasitələri istismara buraxılıb.
AzVision.az