Qarabağda 8 yeni peşə təhsil müəssisəsi qurulur

   Qarabağda 8 yeni peşə təhsil müəssisəsi qurulur
  13 Dekabr 2023    Oxunub:1692
"İşğaldan azad edilmiş ərazilərdə 8 yeni peşə təhsil müəssisəsinin qurulması nəzərdə tutulur. İlkin olaraq yaxın illərdə orada 6 min şəxsin peşə təhsilinə cəlb edilməsini gözləyirik".
AzVision.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev "Güclü iqtisadiyyat üçün Azərbaycanda peşə təhsilinin inkişaf yolu: gələcəyə baxış" adlı konfransda çıxışı zamanı deyib.

"Füzuli şəhərində artıq peşə təhsili müəssisəsinin bünövrəsi qoyulub, 2 ildən sonra orada yeni tələbələri görə biləcəyik. Şuşa şəhərində peşə təhsili müəssisəsinin yenidən qurulmasına başlanılıb. Qarabağ Universitetinin tərkibində bir peşə təhsili məktəbinin olması planlaşdırılır. Onun yeri ilə bağlı ilkin layihə var. Daha sonra mərhələli şəkildə işğaldan azad edilən ərazilərdə peşə təhsilinin genişləndirilməsini nəzərə alacağıq".

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti