Əməkdar artist Nuriyyə Hüseynovadan daha bir maraqlı LAYİHƏ
Tamaşaçılar tanınmış xanəndə, əməkdar artist Nuriyyə Hüseynovanın, müğənni-bəstəkar Çilənay Hüseynovanın və Şəmkir məktəblisi, beynəlxalq müsabiqələr laureatı tarzən Mirnofəl Həsənov çıxışlarını maraqla qarşılayıblar
Konsertdən öncə çıxış edən əməkdar artist Nuriyyə Hüseynova Ulu Öndər Heydər Əliyevlə bağlı xatirələrini bölüşüb:"Mən uşaq ikən Heydər Əliyevin dəstəyi və diqqəti nəticəsində Naxçıvandan Bakıya gəlib təhsil aldım. O, hər zaman gənclərə dəstək olurdu. Bu konserti Ulu öndərin 100-illiyinə ithaf edirəm. Və Şəmkirdən istedadlı gənc Mirnofəl Həsənovun Bakıda konsert verməsinə, üzə çıxmasına vəsilə oldum." - deyə əməkdar artist "Gənclərə dəstək " layihəsi barədə məlumat verib.
Rəngarəng konsertdə Əməkdar artist Nuriyyə Hüseynova və müğənni Çilənay Hüseynovanın ifalarında xalq və bəstəkar mahnıları səsləndirilib.
Tamaşaçılar gənc istedad, Mirnofəl Həsənovun tarda ifasını alqışlarla qarşılayıblar.
Konsertdə Azərbaycanın muğam sənətinin görkəmli xanəndələri, şəhid ailələri, Milli Məclisin mədəniyyət komitəsinin sədri Fazil Mustafa və incəsənət nümayəndələri iştirak ediblər.
AzVision.az
Teqlər: