Azərbaycan tərəfində saxlanılan erməni hərbçilərinin Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən sağlamlıq durumları yoxlanılaraq qənaətbəxş hesab edildikdən sonra müvafiq razılaşmaya əsasən təhvil veriliblər. Azərbaycana isə Ermənistanın əsir götürdüyü iki əsgərimiz - Aqşin Bəbirov və Hüseyn Axundov təhvil verilib.
Hər iki əsgərimizin ailəsi 8 aylıq ağrı və acıdan sonra nəhayət ki, sevinc hissi yaşayıblar. İctimai TV Aqşin və Hüseynin evində olub və övladlarının yolunu gözləyən valideyinlərin sevincini paylaşıb.
AzVision.az