Hacı Zeynalabdin Tağıyevin 200 illiyinə həsr olunan poçt markası buraxılıb - Foto
Markanın üzərində Hacı Zeynalabdin Tağıyevin fotosu həkk olunub. Tərtibatında zənginlik, sağlamlıq, güvən, mərhəmət, hikmət və nəciblik elementləri olan rənglərdən istifadə edilib.
Marka Belarus Respublikasının “Bobruisk İntegrated Printing House” mətbəəsində 4 000 tirajla çap olunub. Markanın dizayneri Aydın Əsgərovdur.
Bundan əlavə, “Birinci gün” zərfləri də hazırlanıb.
AzVision.az
Teqlər: