TƏBİB-ə yeni mətbuat katibi təyin olunub

   TƏBİB-ə yeni mətbuat katibi təyin olunub
  14 Dekabr 2023    Oxunub:1987
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İctimaiyyətlə əlaqələr şöbəsinə müdir təyin edilib.
AzVision.az xəbər verir ki, bu vəzifəyə Elnur Hidayətoğlu gətirilib.

Qeyd edək ki, E.Hidayətoğlu daha əvvəl Bakı Baş Səhiyyə Mərkəzinin İctimaiyyətlə əlaqələr və müraciətlərlə iş departamentinin rəhbəri vəzifəsində çalışıb.

Xatırladaq ki, TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamenti Azərbaycan Respublikası Prezidentinin 01 may 2023-cü il tarixli 2130 nömrəli Fərmanı ilə təsdiq edilmiş TƏBİB-in Nizamnaməsinə uyğun olaraq fəaliyyət göstərən və TƏBİB-in strukturuna uyğun yaradılan TƏBİB-in struktur bölməsidir.

Departamentin fəaliyyət istiqamətlərinə TƏBİB-in və tabeli tibb müəssisələrinin media və ictimaiyyətlə əlaqələr, marketinq, tədbirlər, daxili kommunikasiya sahələrində işlərinin təşkilini, tənzimlənməsini və təkmilləşdirilməsini təmin etmək daxildir.

İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin tərkibində 2 şöbə - İctimaiyyətlə əlaqələr və Daxili kommunikasiya şöbələri fəaliyyət göstərir.



AzVision.az


Teqlər:





Xəbər lenti