Apreldə qar yağacaq

Apreldə qar yağacaq
  16 Aprel 2013    Oxunub:1693
Belə hava şəraiti aprelin 19-dək davam edəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, aprelin 17-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağış yağacağı gözlənilir. Gecə və axşam yarımadanın bəzi yerlərində yağışın bir qədər intensivləşəcəyi ehtimalı var. Şimal-qərb küləyi əsəcək, arabir güclənəcək.
Havanın temperaturu gecə 4-9, gündüz 9-14 dərəcə isti olacaq.

Aprelin 18-də isə Bakıda və Abşeron yarımadasında gündüz 9-14, gecə 4-9 dərəcə isti olacağı gözlənilir.

Rayonlarında havanın temperaturu 10, Bakıda isə 7 dərəcəyə kimi enəcək, ölkənin bəzi yerlərinə sulu qar, yüksək dağlıq ərazilərə isə qar yağacaq.

Azərbaycan ərazisində qeyri-sabit hava şəraiti hökm sürəcək, hava əsasən yağıntılı keçəcək, bəzi yerlərdə yağıntının intensiv olacağı və gecə şaxtalı hava şəraitinin müşahidə ediləcəyi gözlənilir.

Belə hava şəraiti aprelin 19-dək davam edəcək.

AzVision.az




Teqlər:  





Xəbər lenti