İcbari sığorta ilə ən çox hansı əməliyyatlar olub?
xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) İdarə Heyətinin sədri Zaur Əliyev Agentliyin illik fəaliyyəti və strateji hədəfləri mövzusunda mətbuat konfransında deyib. Onun sözlərinə görə, tibb müəssisələri tərəfindən stasionarda cərrahi profil üzrə məlumatların elektron reyestrdə qeydiyyatı və emalı davam edir.
"Əməliyyatların 74%-i planlı şəkildə icra olunub. Ən çox icra olunan əməliyyatlar ginekoloji, gözdə və ürək-damar sistemində aparılanlar olub. Əməliyyatların ən çox icra edildiyi tibb müəssisələri sırasında ilk yerdə Kliniki Tibbi Mərkəz dayanır.
Göstəricilər onu bildirir ki, vətəndaşlara lazım olan əməliyyatların dövlət xəstəxanalarında icrası görülən tədbirlər nəticəsində mümkün olur. Biz buna çalışırıq".
Aytən Zəhra
AzVision.az
Teqlər: