Cəbrayıl və Qubadlıda modul tipli xəstəxanalar quraşdırılacaq

 Cəbrayıl və Qubadlıda modul tipli xəstəxanalar quraşdırılacaq
  14 Dekabr 2023    Oxunub:1157
Gələn il Cəbrayıl və Qubadlı rayonunda modul tipli xəstəxanaların quraşdırılması nəzərdə tutulub.
AzVision.az xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev qurumun hesabatı ilə bağlı danışarkən deyib.

Agentlik sədri bildirib ki, 2021-ci ildən başlayaraq Şuşa, Zəngilan, Laçın, Ağdam və Hadrutda modul tipli xəstəxanalar quraşdırılıb.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti