Bu il 100 yeni təcili tibbi yardım avtomobili alınıb

   Bu il 100 yeni təcili tibbi yardım avtomobili alınıb
  14 Dekabr 2023    Oxunub:1263
Bu il 100 yeni təcili tibbi yardım avtomobili alınıb.
AzVision.az xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev qurumun hesabatı ilə bağlı danışarkən deyib. Onun sözlərinə görə,avtomobillərin aidiyyəti tibb müəssisələri üzrə paylanılması nəzərdə tutulur.

"Agentliyin məqsədi sığorta çərçivəsində qarşılanan tibbi xidmətləri əhali üçün əlçatan etməkdir. Agentlik tərəfindən görülən bütün tədbirlər vətəndaşlara vaxtında, keyfiyyətli xidmətlərin göstərilməsinə yönəlib. Bu səbəbdən də Agentlik xəstəxanaların maddi-texniki bazasının yaxşılaşdırılmasına dəstək göstərir. Sığortanın tətbiqindən sonra 349 sayda ambulans alınıb. İcbari tibbi sığortanın tətbiqindən əvvəl ambulanslara olan ehtiyacın ödənilən hissəsi 40% idisə, hazırda 64% təşkil edir.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti