"Əsirlərin dəyişdirilməsi münasibətlərdə “sıfır nöqtə” sayıla bilər" - Paşinyan

   "Əsirlərin dəyişdirilməsi münasibətlərdə “sıfır nöqtə” sayıla bilər" -    Paşinyan
  14 Dekabr 2023    Oxunub:1148
"Əsirlərin mübadiləsi İrəvanla Bakı arasında münasibətlərdə “sıfır nöqtə” hesab oluna bilər". Bunu Ermənistanın baş naziri Nikol Paşinyan dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələrin nazirlərinin görüşündə deyib.
“Bundan sonra biz heç olmasa cəhd edə bilərik ki, bütün sonrakı xəbərlər Ermənistan və Azərbaycan arasında sülh sazişinin bağlanması ehtimalını artırsın”, - Paşinyan bildirib.
Hüseynlə Aqşin Azərbaycana qaytarıldı - Video


Qeyd edək ki, 13 dekabr 2023-cü il tarixində Azərbaycan-Ermənistan sərhədinin Qazax rayonundan keçən hissəsində hərbi qulluqçuların qarşılıqlı şəkildə təhvil verilməsi həyata keçirilib.

Azərbaycan tərəfində saxlanılan erməni hərbçilərinin Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən sağlamlıq durumları yoxlanılaraq qənaətbəxş hesab edildikdən sonra müvafiq razılaşmaya əsasən təhvil veriliblər. Azərbaycana isə Ermənistanın əsir götürdüyü iki əsgərimiz - Aqşin Bəbirov və Hüseyn Axundov təhvil verilib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:  





Xəbər lenti