269 milyonluq narkotik dövriyyədən çıxarılıb
Narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə 7766 nəfər cəlb edilmiş, həmin şəxslərdən 7567-si kişi, 199-u qadın olmuşdur. Cinayət məsuliyyətinə cəlb edilən 89 xarici ölkə vətəndaşından ümumilikdə 695 kq 092,048 qr və 1990 ədəd həb müxtəlif növ narkotik vasitə və psixotrop maddə, 590 ədəd həb güclü təsir edən maddə və 568 ədəd (327 kq 575 qr) narkotik tərkibli çətənə bitkisi götürülüb.
Hüquq mühafizə orqanları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı 266 fakt aşkar edilmiş həmin faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 3 ton 029 kq 595,76 qr və 8730 ədəd həb metadon, 95 ədəd həb müxtəlif növ narkotik vasitələr və psixotrop maddələr, 90245 ədəd həb, 7631 ədəd kapsul və 1 kq 517 qr güclü təsir edən maddə, 40,682 qr prekursor çıxarılıb.
Aşkar edilmiş cinayətlərin 306-sı qrup halında törədilmiş və həmin faktlar üzrə qanunsuz dövriyyədən çəkisi 2 ton 132 kq 892,71 qr və 1270 ədəd metadon narkotik vasitə, 32 kq 213,1 qr və 95 ədəd həb psixotrop maddə və 189,9 qr güclü təsir edən maddə müsadirə edilib.
3088 cinayət faktı əvvəllər məhkum olunmuş şəxslər tərəfindən törədilmiş və onlardan 1 ton 469 kq 604,46 qr müxtəlif növ narkotik vasitə və psixotrop maddə müsadirə edilib.
AzVision.az
Teqlər: