XİN rəhbərlərinin geniştərkibli görüşü keçirilib - YENİLƏNİB
Hazırda nazirlər birgə mətbuat konfransı keçirirlər.
***
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Türkiyənin xarici işlər naziri Hakan Fidan arasında təkbətək görüş başlayıb.
AzVision.az xəbər verir ki, bu barədə Azərbaycan XİN-in "X" hesabında paylaşım edilib.
***
Bakıda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun türkiyəli həmkarı Hakan Fidanla görüşü başlayıb.
AzVision.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib. Bildirilib ki, C.Bayramov H.Fidanı nazirliyin binası önündə qarşılayıb.
Qeyd edək ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan Azərbaycanda rəsmi səfərdədir.
AzVision.az
Teqlər: