Hərbi məktəblərdə təhsil alanlara birdəfəlik ödəmə veriləcək
Fərmana görə, 2024–2025-ci tədris ilindən başlayaraq təhsil almaq üçün Müdafiə Nazirliyinin strukturuna daxil olan Milli Müdafiə Universitetinin tabeliyindəki ali təhsil müəssisəsinin bakalavriat səviyyəsinə, o cümlədən bakalavriat səviyyəsinin hazırlıq kursuna (bundan sonra – ali təhsil müəssisəsi) və hərbi kolleclərə qəbul olunmuş kursantlar üçün 500 yüz manat, hərbi liseylərə qəbul olunmuş kursantlar üçün 300 yüz manat məbləğində birdəfəlik ödəmə təsis edilələcək.
Belə ki, 2024–2025-ci tədris ilindən başlayaraq yuxarıda nəzərdə tutulan təhsil müəssisələrində təhsil alan kursantlar üçün təhsil müddətində aşağıdakı aylıq ödəmələr təsis edilir:
ali təhsil müəssisəsi üzrə:
150 manat məbləğində təqaüd;
200 manat məbləğində ailə üzvlərinə maddi yardım;
200 manat məbləğində hesabda yığılan ödəniş;
Hərbi kolleclər üzrə:
100 manat məbləğində təqaüd;
200 manat məbləğində ailə üzvlərinə maddi yardım;
150 manat məbləğində hesabda yığılan ödəniş;
Hərbi liseylər üzrə:
50 manat məbləğində təqaüd;
100 manat məbləğində ailə üzvlərinə maddi yardım;
100 manat məbləğində hesabda yığılan ödəniş.
Nəzərdə tutulan ödəmələr dövlət büdcəsinin vəsaiti hesabına Müdafiə Nazirliyi tərəfindən ödənilir.
AzVision.az
Teqlər: