Xəzər dənizində zəlzələ olub - YENİLƏNİB 2

 Xəzər dənizində zəlzələ olub -  YENİLƏNİB 2
  14 Dekabr 2023    Oxunub:1186
Dekabrın 14-də Xəzər dənizinin İran hissəsində zəlzələ baş verib.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən AzVision.az -a bildiriblər ki, Zəlzələlərin Tədqiqatı Bürosunun məlumatına əsasən, yerli vaxtla saat 15:04-də qeydə alınan zəlzələnin maqnitudası 4.5-ə bərabər olub.

Ocağı 31 kilometr dərinlikdə yerləşən zəlzələ Lənkəran və Lerik ərazisində 3 baldan çox hiss olunub.

15:25

Dekabrın 14-də Azərbaycan ərazisində zəlzələ baş verib.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən AzVision.az -a bildiriblər ki, ilkin məlumatlara görə, yeraltı təkanlar Xəzər dənizinin cənub hissəsində qeydə alınıb.

Yerli vaxtla saat 15:04-də qeydə alınan zəlzələnin maqnitudası 4.5-ə bərabər olub.

15:19

Azərbaycan ərazisində zəlzələ baş verib.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən AzVision.az -a bildiriblər ki, yerli vaxtla saat 15:04-də qeydə alınan zəlzələnin maqnitudası 4.5-ə bərabər olub.

AzVision.az


Teqlər:





Xəbər lenti