Qarabağda 4 turizm mərkəzi yaradılacaq - Elgün Cavadov

   Qarabağda 4 turizm mərkəzi yaradılacaq -    Elgün Cavadov
  14 Dekabr 2023    Oxunub:1325
İşğaldan azad olunmuş ərazilərdə işlər 8 istiqamətdə aparılır. Həmin işlər 2040-cı ilədək yaxın, orta və uzaq perspektivli planlar üzrə icra olunacaq. Bu barədə Ağdam Konfrans Mərkəzində keçirilən "İşğaldan azad olunmuş ərazilərdə turizmin bərpası və inkişafı" mövzusunda I Elmi-Praktik Konfransda Dövlət Turizm Agentliyinin mədəni irs və regional turizm şöbəsinin müdiri Elgün Cavadov məlumat verib.
O bildirib ki, yaxın perspektivdə 4 destinasiyada - Tuğ, Hadrut, Suqovuşan və Daşaltıda turizm infrastrukturunun qurulması nəzərdə tutulub. Suqovuşanda istirahət parkı artıq istifadəyə verilib.

Kəlbəcər rayonunda gələcəkdə 5 turizm-rekreasiya zonası yaradılacaq.

Tuğda həm tarixi-mədəni, həm də şərab turizmi inkişaf etdiriləcək. Bura gələcəkdə regionun əsas turizm istiqamətlərindən biri olacaq. Hadrut gələcəkdə regionun əsas paylayıcı destinasiyalarından birinə çevriləcək.

Daşaltı Şuşa və ətraf ərazilərə turizmin təşkili üçün önəmli məntəqə olacaq.

Gələcəkdə "Zəfər yolu"nun da turizm marşrutuna çevrilməsi nəzərdə tutulub. Bu yolun üzərində turizm infrastrukturu yaradılacaq.

Tariyel Həsənov
AzVision.az


Teqlər: Qarabağ   Turizim   Tuğ   Kəlbəcər  





Xəbər lenti