Komando bölmələri ilə taktiki-xüsusi təlim keçirilib

   Komando bölmələri ilə taktiki-xüsusi təlim keçirilib
  15 Dekabr 2023    Oxunub:831
2023-cü ilin hazırlıq planına uyğun olaraq komando bölmələri ilə taktiki-xüsusi təlim keçirilib.
Bu barədə AzVision.az -a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. Ssenariyə əsasən "Həyəcan" siqnalı ilə qaldırılan bölmələrə təxribat törətməyə cəhd edən şərti düşmən qruplaşmasının zərərsizləşdirilməsi üzrə tapşırıqlar verilib.

Ərazinin vizual müşahidəsi və hava kəşfiyyatının aparılması ilə şərti düşmən obyekti qiymətləndirildikdən sonra onun hərbi texnikası pusquya salınıb, qruplaşmanın üzvləri ələ keçirilib.

Meşəlik ərazilərdə keçirilən taktiki-xüsusi təlim zamanı qarşıya qoyulan bütün tapşırıqlar yüksək peşəkarlıqla icra edilib.

AzVision.az



Teqlər:





Xəbər lenti