"200 gündən çox müddətdə şagirdlər distant tədris aldı"

  "200 gündən çox müddətdə şagirdlər distant tədris aldı"
  15 Dekabr 2023    Oxunub:1173
COVID pamdemiyası dövründə 200 gündən artıq müddətdə təhsil distant formada keçirildi və 158 mindən çox şagird məktəbə distant formada başladı.
AzVision.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Azərbaycan Müəllimlərinin XVI Qurultayında çıxışı zamanı deyib. O qeyd edib ki, bu dövr xalqımız üçün sınaq dövrü oldu.

"Təhsil pandemiyadan əvvəl yüksələn xətlə inkişaf edirdi, lakin COVID dövründə bu, azalan xətlə davam etdi. Növbəti 5 ildə hədəf pandemiyadan əvvəlki təhsil sisteminə qayıtmaqdır".

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti