2026-cı ildə 280 min şagird STEAM əsaslı tədrisə cəlb olunacaq

2026-cı ildə 280 min şagird STEAM əsaslı tədrisə cəlb olunacaq
  15 Dekabr 2023    Oxunub:861
2026-cı ildə 280 min şagirdin STEAM əsaslı tədrisə cəlbi nəzərdə tutulur.
AzVision.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Azərbaycan müəllimlərinin XVI Qurultayında çıxışında deyib.

O bildirib ki, hər bir müəllim öz tədris etdiyi fəndən başqa digər fənnə maraq göstərmədiyindən sonda bunun şagirdə təsiri neqativ və böyükdür: "STEAM-in mahiyyəti də fərqlidir. Çünki bir çoxu üçün oyuncaq kimi görünən dronun uçurmaq böyük diqqət tələb edir. Bunun üçün şagirdin kifayət qəder riyazi və digər bacarıqlarının hamısı bir yerdə olmalıdır"

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti