"Bu gün bir şagirdə 7 min manat xərclənilir" - Nazir

   "Bu gün bir şagirdə 7 min manat xərclənilir" -    Nazir
  15 Dekabr 2023    Oxunub:1207
Azərbaycan məktəblərində şagirdlərə düşən adambaşına maliyyələşmə qeyri-bərabər paylanıb. Bu gün şagird sayı 30-a qədər olan 477 təhsil müəssisəsində 1 uşağa ildə 7 min manat xərcləyirik".
AzVision.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Azərbaycan Müəllimlərinin XVI Qurultayında çıxışı zamanı deyib. O qeyd edib ki, bu rəqəm bəzi özəl məktəblərin qiymətinə bərabərdir.
"Lakin həmin məktəblərdən biz yaxşı nəticə əldə bilmirik. Yəni sinif sıxlıqlarının az olması məktəbdə şagirdlərin daha yaxşı oxuması demək deyil. Bu nəticə müəllimdən də asılıdır. Eyni büdcə ilə biz daha yaxşı xidmət göstərə bilərik".

Nazir qeyd edib ki, hazırda bir məktəbimizdə oxuyan bir şagirdə dövlət 64 min manat xərcləniyir:
"Yenə də o pulu xərcləyək. Lakin bu vəsaitə biz daha yaxşı nələrsə edə bilərik. Bakının böyük məktəblərinin birində orta hesabla bir şagirdə 600 manat xərclənirsə, hansısa ucqar kənddə bu 30 min manatdır.

Bu əlavə paylanma baxımından əladətli deyil. 600 manat xərclənən məktəb daha yaxşı nəticə verir. Dövlət vəsaitinin daha düzgün, nəticəyönümlü xərclənməsi istiqamətində rasionallaşma tədbirlərini davam etdirəcəyik".

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti