AMEA prezidenti tarix dərsliklərini tənqid etdi
O qeyd edib ki, bu günə qədər orta və ali məktəblərdə keçirilən hümanitar fənlərdə tarixin, cəmiyyətin dövrləşmə prosesində Marksın nəzərəyəsi əsas götürülür.
"Əlbəttə Marksın adı çəkilmir. Lakin "Tarix" kitablarında quldarlıq, ibtidai icma dövrü qədim dövr tariximiz, feodalizm dövrü orta əsr tariximi,əz, kapitalizm dövrü yeni dövr tariximiz, sosializm isə ən yeni dövr tariximiz kimi tədris olunur. Bunu heç kəs, o cümlədən də mən də inkar etmirəm.
Marks nəzəriyyəsi Avropa ölkələri üçün nəzərdə tutulub. Azərbaycan cəmiyyətinin reallıqları dövləri başqa formada təsvir olunmasını tələb edir. Marks nəzəriyyəsi, tarixin belə dövrlərə bölünməsi müstəqil Azərbaycanın maraqlarına uyğun deyil. Bu istiqamətdə islahatların aparılmasına ehtiyac var və Akademiya olaraq buna başlamağı özümüzə borc bilmişik. Artıq Azərbaycan ədəbiyyatının dövrlərdə konspesiyası və inkişaf mərhələləri orta məktəbdə və akademik tədqiqatlarda əksini tapıb. Yeni inkişaf mərhələləri hazırlanarkən Azərbaycançılıq prosesi,dünya sivilizasiyaların inkişaf mərhələləri, dövlətçilik tarixi və real ədəbi prosesləri nəzərə alınıb. Hazırda Azərbaycan tarixinin inkişaf konsepsiyası və mərhələləri üzərində iş gedir. Azərbaycan incəsənətinin inkişaf mərhələləri müzakirə prosesindədir. Bunlar dərsliklərdə də öz əksini tapmalıdır".
Aytən Zəhra
AzVision.az
Teqlər: