Məleykə Abbaszadə: "Müəllim peşəsi hələ də qadın işi kimi qəbul edilir"

      Məleykə Abbaszadə:    "Müəllim peşəsi hələ də qadın işi kimi qəbul edilir"
  15 Dekabr 2023    Oxunub:1100
Təxminən 5-10 ildən sonra məktəblərə tədris etdiyi fənni güclü bilən müəllimlər gələcək.
AzVision.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Azərbaycan müəllimlərinin XVI Qurultayında çıxışı zamanı deyib.

DİM sədri bildirib ki, pedaqoji ixtisaslara qəbulla bağlı araşdırmalar aparılıb: "Nəticəyə əsasən 2009-cu ildən bu ixtisas üzrə qəbul planı artıb. Bu ilki qəbulun 20 %-ni məhz pedaqoji ixtisas təşkil edib. Hələ də müəllim peşəsi qadın işi kimi qəbul edilir. Oğlanlar əsasən texnologiya sahəsi üzrə görülür. Bu il pedaqoji ixtisaslar üzrə abituriyentlərin orta bal göstəricisi 343 olub və bu riyazi üsullarla hesablanıb".

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti