Bakı Baş Baş Gömrük İdarəsində yeni mərkəz yaradılıb

   Bakı Baş Baş Gömrük İdarəsində yeni mərkəz yaradılıb
  15 Dekabr 2023    Oxunub:2171
Bakı Baş Baş Gömrük İdarəsində"Vətəndaşlara Xidmət Mərkəzi" yaradılıb.
Vətəndaşlara Xidmətin təşkili şöbəsinin rəisi Nurlan Hüseynli bildirib ki, xidmət yeni fəaliyyətə başlayıb. Şöbə rəisi qeyd edib ki, mərkəz ilkin olaraq pilot qaydada fəaliyyət göstərib:

"Qazanılmış uğurlara uyğun olaraq xidmət idarənin müvafiq struktur bölməsi olaraq fəaliyyət göstərir. Artıq 50 minə yaxın vətəndaşın müraciətinə baxılıb. Vətəndaş məmnunluğunun təmin edilməsi üçün əvvəllər fiziki qaydada edilmiş müraciətlər təhlil edilib və elektronlaşdırılıb. Vətəndaşlar müraciətləri istədikləri məkandan bizə ünvanlaya bilərlər. Bununla yanaşı, vətəndaşların şikayət və təkliflərini birbaşa İdarə rəisinə ünvanlaması üçün yenilik olaraq mərkəzdə QR kod tətbiqi istifadəyə verilib. Bu da vətəndaş-məmur münasibətinin tənzimlənməsi üçün önəmli addımdır. Hər bir müraciət qeydə alınıb. 92 faiz məmnunluq sorğusu əldə edilib".





Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti