İlham Əliyev: "Suverenliyin bərpa edilməsi bizə olan hörməti daha da artırdı"
COP29-un gələn il ölkəmizdə keçirilməsi barədə qərarın əhəmiyyətinə toxunan dövlətimizin başçısı vurğulayıb: “Bu hadisənin önəmi, o cümlədən ondadır ki, bu qərar antiterror əməliyyatından iki ay yarım sonra qəbul olunmuşdur və beləliklə, bir daha bütün dünya ictimaiyyəti Azərbaycana öz dəstəyini ifadə etmişdir. Onu da bildirməliyəm ki, Bakıda COP29 konfransının keçirilməsi beynəlxalq aləmin hər bir üzvünün razılığı ilə mümkün olmuşdur. Yəni, burada yekdil mövqe bir daha özünü göstərdi”.
AzVision.az
Teqlər: