Sahibkarların nəzərinə: Gömrük nəzarət zonasını tərk etmək üçün...
Media-tur zamanı eyni zamanda məlumat verilib ki, Bakı Baş Gömrük İdarəsində artıq bəyənnamələrin rəsmiləşdirilməsi sürətli şəkildə həyata keçirilir. Belə ki, Baş idarə tərəfindən mütəmadi aparılan risk təhilləri nəticəsində xarici ticarət iştirakçıları könüllü əməletmə prinsipləri əsasında təsnifləşdirilir. Bununla da könüllü əməletməyə riayət edən sahibkarların bəyannamələrinin sürətli rəsmiləşdirilməsi həyata keçirilir.
Məhz bu cür əməliyyatlar sistem tərəfindən seçilmiş gömrük orqanı əməkdaşına yönləndirilir və əməkdaş tərəfindən bəyannaməyə baxıldıqdan sonra risksiz olan əməliyyatlar çox çevik və sürətli formada rəsmiləşdirilir. Bununla da əlavə vaxt itkisinin və xərclərin qarşısını alınır, sahibkar məmnunluğu təmin edilir.
Şahanə Rəhimli
AzVision.az
Teqlər: