“İMZA” İctimai Birliyinin sədri Xəyyam Əsgərova ağır itki üz verib
O, vətənin dar günündə onun müdafiəsinə qalxıb, öz milli borcunu yerinə yetirmək üçün Qarabağ döyüşlərində iştirak edib. Rasim Əsgərov I Qarabağ müharibəsində torpaqlarımızın düşmən işğalından azad olunması uğrunda döyüşlərdə igidliklə döyüşüb və yaralanıb.
Onun bu xidməti həmişə həyatının ən fəxarətli günləri kimi həm özünün, həm də ailəsinin qürur mənbəyi olub. Hər zaman Ulu Öndərimiz Heydər Əliyevin yoluna və Prezident İlham Əliyevin siyasi kursuna sadiq olan şəxs kimi həmkarları, yaxın dostları arasında tanınıb. Həm orduda, həm də Daxili İşlər orqanlarındakı qüsursuz xidmətlərinə görə dövlətimiz, ölkə rəhbərliyi tərəfindən dəfələrlə mükafatlandırılıb.
Dekabrn 15-də ağır xəstəlikdən sonra vəfat edib. R. Əsgərovun beş övladı var idi. Mərhum sabah Bakıda dəfn olunacaq. Onun yas mərasimi dekabrın 18-də saat 14-də Təzəpir məscidində keçiriləcək. “İMZA” İctimai Birliyinin rəhbərliyi və kollektivi Birliyin sədri Xəyyam Əsgərova atası Rasim müəllimin vaxtsız vəfatı ilə əlaqədar dərin hüznlə başsağlığı verir, mərhumun ailəsinə, əzizlərinə, dostlarına və yaxınlarına uca Yaradandan səbr diləyir. Allah rəhmət eləsin!
AzVision.az
Teqlər: