Cəlilabad və Oğuz sakinləri qanunsuz saxladıqları silahları təhvil veriblər

Cəlilabad və Oğuz sakinləri qanunsuz saxladıqları silahları təhvil veriblər
  15 Dekabr 2023    Oxunub:1176
Cəlilabad və Oğuz sakinləri qanunsuz saxladıqları odlu silahları təhvil veriblər.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Lənkəran regional qrupundan AzVision.az -a verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən növbəti tədbirlər nəticəsində rayon sakinləri müvafiq sənədləri olmadan qanunsuz saxladıqları 5 ədəd müxtəlif markalı ov tüfənglərini polis əməkdaşlarına könüllü olaraq təhvil veriblər.

Bundan başqa, Oğuz rayon sakinləri də qanunsuz saxladıqları silahları polisə könüllü təhvil veriblər. DİN-in Mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, aparılan profilaktiki tədbirlərin nəticəsi olaraq rayon sakinləri müvafiq sənədləri olmadan saxladıqları 2 ov tüfəngini könüllü olaraq polisə təhvil veriblər.

AzVision.az



Teqlər:





Xəbər lenti