Hindistan Ermənistana “Akaş” zenit-raket kompleksləri satıb
“Akaş” Hindistanın “Bharat Dynamics Limited” (BDL) şirkəti tərəfindən istehsal olunan, həssas əraziləri və nöqtələri hava hücumlarından qorumaq üçün nəzərdə tutulmuş qısa mənzilli zenit-raket kompleksidir. İstehsalçının vebsaytına əsasən, mobil platformalarda yerləşdirilən bu hava hücumundan müdafiə sistemi 4-25 kilometr radiusda helikopterləri, döyüş təyyarələrini və pilotsuz uçuş aparatlarını (PUA) effektiv şəkildə vurmağa qadirdir.
“ICICI Securities” xəbər bülleteni BDL-nin sifarişlər kitabına istinadən bildirir ki, şirkət “bu yaxınlarda “Akaş” yer-hava raket sistemlərinin ixracı üçün sifariş alıb”. Müştərinin Ermənistan olduğunu təxmin etmək çətin deyil.
“EurAsianTimes yazır” ki, “Akaş” “Bakı tərəfindən istifadə edilən silahlı PUA-larla mübarizə aparmaq üçün İrəvanın ehtiyaclarına ideal şəkildə uyğundur. Amma Ermənistan bununla kifayətlənmir. O, Hindistandan kamikadze dronlar, “hava-yer” və “yer-yer” raketləri almaqda da maraqlıdır”.//Oxu.az
AzVision.az
Teqlər: