“Ədəbiyyatda Hüseyn Cavidi, Xəlil Rzanı, Mikayıl Müşfiqi yaradan millət günahkardır. Yəni onun səviyyəsi o qədər aşağıdır ki, axırda maaş verəcək deyə pis veriliş etməlidir ki, baxılsın. Bəlkə də dünyada yeganə xalq bizik ki, qürurla, açıqca deyirik ki, biz televizora baxmırıq”, - deyə K.Həsənli bildirib.
O, televiziyaların indiki səviyyəsini tənqid edərək telekanallara yenidən format vermək lazım olduğunu əlavə edib.
Qeyd edək ki, bir müddət əvvəl Xəzər TV-nin rəhbəri Xalq artisti Murad Dadaşov Musiqi Forumunda çıxışı zamanı TV-lər haqda fikirlərini açıqlamışdı. O, reytinq haqda danışarkən maaş məsələsinə də toxunmuşdu: “Biz bilirik ki, maarifləndirməliyik. Ayın sonunda 600-ə yaxın əməkdaşımız maaş almalıdır. Biz başa düşməliyik ki, tamaşaçı televiziya qarşısında buna baxmaq istəyər. Göstərməsək, başqa kanala baxacaq. Azərbaycan tamaşaçısı türkcə də başa düşür. Digər tərəfdən də rus kanalları. Rəqabətdə çox uduzuruq. Bu reytinq göstəricilərini mən etmirəm, siz edirsiniz”.
Kamran Həsənlinin çıxışı ilə bağlı videonu təqdim edirik:
AzVision.az