Zahid Oruc və Fazil Mustafa prezidentliyə namizəd olacaq - YENİLƏNİB

    Zahid Oruc və Fazil Mustafa prezidentliyə namizəd olacaq -  YENİLƏNİB
  16 Dekabr 2023    Oxunub:2594
Böyük Quruluş Partiyasının və Milli Məclisin Mədəniyyət komitəsinin sədri Fazil Mustafanın prezidentliyə namizədliyi irəli sürülüb.
AzVision.az xəbər verir ki, Fazil Mustafa qərarın bu gün Böyük Quruluş Partiyasının Ali Məclisində qəbul edildiini deyib.

Deputat sənədlərini qarşıdakı günlərdə Mərkəzi Seçki Komissiyasına təqdim ediləcəyini bildirib.

Qeyd edək ki, 7 fevral 2024-cü ildə növbədənkənar prezident seçkiləri keçiriləcək.

Xatırladaq ki, dekabrın 15-də isə Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin genişləndirilmiş iclasında İlham Əliyevin Prezidentliyə namizədliyinin irəli sürülməsi barədə qərar qəbul edilib.

***
Sosial Tədqiqatlar Mərkəzinin (STM) sədri, deputat Zahid Oruc prezident seçkilərində namizəd olacağını açıqlayıb.

AzVision.az xəbər verir ki, o, bu barədə "Report"a açıqlamasında məlumat verib.

Z.Oruc yaxın günlərdə sənədlərini rəsmi olaraq Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edəcəyini də bildirib.

AzVision.az


Teqlər:





Xəbər lenti