Hərbi attaşelərlə ilin yekununa dair toplantı keçirilib

Hərbi attaşelərlə ilin yekununa dair toplantı keçirilib
  16 Dekabr 2023    Oxunub:1049
Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində xarici dövlətlərin Azərbaycanda akkreditə olunmuş hərbi attaşeləri ilə cari ilin yekununa dair toplantı keçirilib.
Müdafiə Nazirliyindən AzVision.az -a verilən xəbərə görə, toplantıda 2023-cü il ərzində ölkəmizdə hərbi əməkdaşlıq çərçivəsində görülən işlərdən danışılıb. Növbəti ildə bu istiqamətdə icra olunacaq fəaliyyətlər, o cümlədən perspektiv planlarla bağlı ətraflı məlumatlar verilib.

Tədbirin sonunda hərbi attaşeləri maraqlandıran suallar cavablandırılıb.




AzVision.az


Teqlər:





Xəbər lenti