"MİDA şəffaflıq, ictimai nəzarəti tam minimuma endirib, narazılıq çoxalıb"

   "MİDA şəffaflıq, ictimai nəzarəti tam minimuma endirib,    narazılıq çoxalıb"
  16 Dekabr 2023    Oxunub:1518
MİDA bu gün keçirilən onlayn satışın baş tutduğunu açıqlayıb. Mənzillərin seçimi prosesi Dövlət Təhlükəsizliyi Xidməti, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi və AzİnTelecom tərəfindən müşahidə edilib. MİDA rəsmiləri “Güzəştli mənzil” sisteminə edilən əlavə təhlükəsizlik tədbirlərini media nümayəndələrinə əyani olaraq nümayiş etdirib.
Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gunduz bildirib ki, MİDA-nın bu dəfəki sürprizi CAPTCHA-nın yeni forması ilə bağlı olub.

"Sosial mediadan görsənir ki, yenə də narazılıqlar yetərincədir. Maraqlıdır ki, MİDA bu dəfə prosesi izləmək üçün yalnız dövlət sektorunun iştirakına üstünlük verib. Belə görünür ki, MİDA şəffaflıq və ictimai nəzarət imkanlarını tam minimuma endirib. Yenə də canlı yayım təşkil etməyib".

O.Gündüz qeyd edib ki, bu dəfə ilk mənzilin hansı müddətdə seçilməsi haqqında açıqlama olmayıb:
"Yenə də seçim prosesinin vahid bir ekrandan deyil, 30-40 ekrandan görüntüsü verilib. Hansı ki, bunun ictimai nəzarət və müşahidə baxımından hər hansı bir əhəmiyyəti yoxdur.Sistemin müstəqil auditinin fəaliyyəti dayandırıldıqdan sonra bu prosesi kimin icra etməsi açıqlanmayıb. Alternativ satışla bağlı hökümətin təşəbbüsləri haqqında məlumatlar yoxdur".

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti