MSK prezidentliyə namizədləri qeydə almağa hazırlaşır

   MSK prezidentliyə namizədləri qeydə almağa hazırlaşır
  16 Dekabr 2023    Oxunub:1598
Mərkəzi Seçki Komissiyası (MSK) prezidentliyə namizədləri qeydə almağa hazırlaşır.
AzVision.az xəbər verir ki, bu barədə qurumun sədri Məzahir Pənahov bu gün keçirilən iclasda məlumat verib.

“Növbədənkənar prezident sekçilərində namizədlərin qeydə alınması üçün prosesə başlayacağıq”, - o bildirib .

MSK sədri deyib ki, Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkiləri tarixi seçkilərdir: “Ərazilərimiz bərpa edildikdən sonra bütün ölkə ərazisində ilk dəfə seçkilər keçiriləcək. Ona görə də bu seçkiləri tarixi seçkilər adlandırmaq olar”.

AzVision.az


Teqlər:





Xəbər lenti