Rüfət Axundov qaydanı pozdu, maşını duracağa aparıldı

   Rüfət Axundov qaydanı pozdu,    maşını duracağa aparıldı
  17 Dekabr 2023    Oxunub:1554
Sosial şəbəkələrdə müğənni Rüfət Axundovun avtomobil idarə edərkən Mərdəkan-Zuğulba yolunda müəyyən olunmuş sürət həddini aşması ilə bağlı görüntülər yayılıb. Belə ki, yolda hərəkətdə olan Axundov 90 sürət həddini 127 km/saat sürətlə aşıb. O həmin görüntüləri sosial şəbəkə hesabında paylaşıb.
Bakı şəhər DYPİ-dən mətbuatın sorğusuna cavab olaraq bildirilib ki, R.Axundovun idarə etdiyi avtomobil yol polisi əməkdaşları tərəfindən saxlanılıb və müvəqqəti mühafizə olunan duracağa yerləşdirilib.

Toplanmış material hüquqi qiymət verilməsi üçün məhkəməyə təqdim ediləcək.



AzVision.az


Teqlər:





Xəbər lenti